Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İran öz neftini daşıyan tankerə hücum edib
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Əvvəlki
Sonrakı
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan ordusu Xankəndiyə niyə girmədi?
“Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi. Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Dağlıq Qarabağın "paytaxtı" Xankəndini itirmək təhlükəsi ilə üzləşdi. Bundan başqa, erməni separatçılarının Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə müraciət etdi”.
Sozcu.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Şuşanın azad olunması müharibəni bitirdi:
“Rusiya müharibənin ilk günlərindən savaşı dayandırmaq məqsədilə bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsini istəyirdi. Azərbaycan Prezidenti İlham Əliyev bunun əleyhinə idi. Ölkə başçısı müharibə günlərində xarici jurnalistlərin sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Sülhməramlılar gələcəkdə müzakirə olunmalıdır. Hazırda Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Biz sülhməramlıların harada və necə yerləşdiriləcəyini və onların funksiyalarının nədən ibarət olduğunu bilmirik”. Bu açıqlama veriləndə hələ nə Şuşa işğaldan azad olunmuşdu, nə də Nikol Paşinyan İlham Əliyevin “İrəvan bizə işğal altındakı bölgələri nə zaman boşaldacağı tarixi verəcəyindən sonra müharibəni dayandıracağıq” tələbini qəbul etmişdi.
Sülhməramlılar mövzusu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada görüşündə müzakirə olunmuşdu. XİN rəhbərləri arasında müzakirələr 11 saata yaxın uzanmışdı. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov müzakirə müddətində bir neçə dəfə Bakıya zəng etmişdi. Rəsmi Bakı sülhməramlıların bölgədə yerləşdirilməsinə razılaşmamışdı. Çünki hələ azad olunması vacib olan ərazilər var idi.
Rusiya Prezidenti Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etdi. Bundan bir gün sonra Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar Bakıya gəldilər, İlham Əliyevlə görüşdülər. Nazirlər Putinlə Ərdoğan arasındakı telefon danışığının detalları barədə İlham Əliyevə məlumat verdilər. Ölkə başçısı Putinin təklif etdiyi atəşkəsin mətni ilə tanış oldu. Ancaq atəşkəs bəyanatına qədər Şuşa işğaldan azad edilməli idi. Çünki atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi. Buna görə də Azərbaycan Ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdü və ona aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək. Bu vəziyyətdə Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı”.
E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan Ordusu həm keçmiş Dağlıq Qarabağ ərazisinin ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu:
“Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra niyə Xankəndiyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”
Dövlət başçısı bu ilin avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman səslənən sualla bağlı bunları dedi:
- “Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi, biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi zəfərə çatdıq”.
- “Mən görürəm, bəzi xarici mətbu orqanlarında yazılır ki, Azərbaycan 7 rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz 7 rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində”.
İlham Əliyev bununla haqqında danışılan suala cavab vermiş oldu. Birincisi, Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı, beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən, qış ayları yaxınlaşdığına görə, işğaldakı rayonların ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşdirilməsinə razılıq verildi. İkincisi, Azərbaycan Ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu, daha böyük uğurdur. Buna baxmayaraq, Qarabağla bağlı görüləcək işlərimiz var. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərk-silah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi kimi hədəflərimiz var”.
Oxşar Xəbərlər
Ordumuz Xankəndiyə niyə girmədi? -
“MƏĞLUBİYYƏTİ ERMƏNİ CƏMİYYƏTİNƏ HƏZM ETDİRİR” -
Moskva görüşündən gözləntilər:
İki od arasında: "Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində yerləşdiriləcək" - MN
Xəbər lenti
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
Heydər Əliyev- dünənimizi xilas, bugünümüzü və gələcəyimizi təyin edən lider.
Bu rayonlarda qaz olmayacaq
12 aprel imtahanlarının nəticələri AÇIQLANDI
Prezident bu qanuna dəyişiklik etdi
Rayonlara yağış və qar yağır
Prezidentdən prokurorluqla bağlı QƏRAR
Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Bu gün işdən 1 saat tez çıxacağıq
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Pensiyalar bu tarixdə kartda olacaq —
RƏSMİ
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Hamının axtardığı o üsul —
Saçlar günlərlə təmiz qalacaq
İran BƏƏ ərazisinə zərbələr endirir -
RƏSMİ
Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
Bu tarixdə qısa iş günü olacaq
Bakıdakı kirayə evlərlə bağlı
VACİB XƏBƏR
Ləğv edilən qurumların rəhbərləri kimdir? -
MARAQLI FAKTLAR
Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Baş nazir qazla bağlı yeni qərar imzaladı
İcra başçısı onu vəzifədən azad etdi -
FOTO
10 mayda başlayır -
RƏSMİ
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı
Pezeşkiandan Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması
Sızanaqları yox edən möcüzəvi su —
Dərini şüşə kimi parlaq edəcək
Azərbaycan kartofu rusiyalı fermerləri müflis etdi
Allergiyanı azaldan göyərti:
Azərbaycanda da yetişdirilir
Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər
PRİZMA
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Bazar gününün HAVA PROQNOZU
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO