İranlı spiker Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı qəbul edib.
Sozcu.info "Təsnim"ə istinadla xəbər verir ki, Qalibaf İƏT-ə üzv ölkələrin Parlamentlərarası İttifaqında iştirak etmək üçün Türkiyədə səfərdədir.
Qəbulda onunla bərabər Türkəyə parlamentinin sədri Mustafa Şentop da iştirak edib.
Bu görüşdən əvvəl Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında telefon söhbəti olub.
Xatırladaq ki, İƏTPİ-nin sammitində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da iştirak edir.


Oxşar Xəbərlər

Xəbər lenti