Şimali Kipr Prezidenti Azərbaycana səfər etmək istəyir

“Azərbaycana fəxri doktor kimi səfər etmək istəyirəm. Bu istəyimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılıb”.
Sozcu.info-un xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndələrini videoformatda qəbul edərkən səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələ üzərində işləyir.


Oxşar Xəbərlər

Xəbər lenti