KOBİA-ya Qarabağla bağlı daxil olmuş müraciətlərin tərkibi açıqlanıb

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 929 müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub.
Sozcu.info xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
O, həmçinin bildirib ki, müraciətlərin 27%-i tikinti, yenə də 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i kənd təsərrüfatı, 8%-i isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələrini əhatə edib.
Bundan başqa, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlı olub. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti