İlham Əliyev və Ərdoğan Qazaxıstandakı vəziyyəti müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərilə telefon vasitəsilə əlaqə saxlayıb.
Sozcu.info  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.
Danışıq zamanı əsas müzakirə Qazaxıstanda baş verən son hadisələrlə bağlı olub.
Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı ölkədə cərəyan edən proseslərdən narahatlığını dilə gətirib və yeni hökumətin tezliklə qurulmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Tokayevə ehtiyac olacağı təqdirdə, Türkiyənin təcrübə və texniki biliklərini Qazaxıstanla bölüşməyə hazır olduğunu bildirib.
Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyevlə söhbəti zamanı Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.
Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.


Oxşar Xəbərlər

Xəbər lenti