“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Siozcu.info-un əldə etdiyi məlumata görə, layihənin parlamentin Səhiyyə komitəsinin yaz sessiyasının işlər planına daxil edilməsi nəzərdə tutulub.
Belə ki, komitənin yanvarın 19-da keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.
Xatırladaq ki, qanun layihəsi Milli Məclisin 2021-ci il yaz və payız sessiyasının qanunvericilik işləri planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.


Oxşar Xəbərlər

Xəbər lenti