İranlı nazir Azərbaycana gəlir - Nələr müzakirə olunacaq?

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi sabah - 24 yanvar tarixində yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.
Sozcu.info xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Musəvinin sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə birgə böyük layihələr var. İranlı nazirin səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlər haqda müzakirələr aparılacaq.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.


Oxşar Xəbərlər

Xəbər lenti