"Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı planı həyata keçiririk" - Səfir

“Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var və bunu həyata keçiririk”.
Sozcu.info-un xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
“Əgər biz azad edilmiş həmin ərazilərdə iqtisadiyyatı dirçəltmək istəyiriksə, gender məsələləri nəzərə alınmalıdır. Bu, çox vacib məsələdir”, - diplomat vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti