Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib

Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sozcu.info-ya verilən məlumata görə, nümayəndə heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının Prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.


Oxşar Xəbərlər

Xəbər lenti