Azərbaycan və Gürcüstan Baş nazirlərinin telefon danışığı olub


Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Sozcu.info-ya verilən xəbərə görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.
Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Oxşar Xəbərlər

Xəbər lenti