Putin müharibənin ortasında Paşinyana niyə zəng etdi? - “Rusiyanın Qarabağa diqqət ayırması səbəbsiz deyil”

Ukraynada müharibənin getdiyi vaxt Putin Paşinyana zəng edib: üçtərəfli razılaşmaların icrasında praktiki aspektlər müzakirə olunub.
Rusiyanın müharibənin ortasında Qarabağa diqqət ayırması səbəbsiz deyil:
- müharibənin gedişi planlaşdırdıqları kimi olmadı, xüsusilə rus ordusu mifinin dağılması baxımından;
- mifin dağılması post-sovet məkanında Moskvanın maraqlarının nəzərə alındığı siyasi xətti zəiflədə bilər;
- sanksiyalar və nüfuz itkisi ilə üzləşmələri rusları Cənubi Qafqazda mövqelərini qorumağı məcbur edir;
Bu situasiyada Putin bölgədə mövqeyini qorumaq üçün Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirmək istəyəcək;
Rusiyanın Ukraynada məğlubiyyəti, ən azı prosesdə zəifləməsi Qarabağ məsələsində hadisələrin inkişafını Azərbaycanın xeyrinə istiqamətləndirə bilər.


Oxşar Xəbərlər

Xəbər lenti