TÜRKİYƏ BOĞAZLARI RUS GƏMİLƏRİNƏ RƏSMƏN BAĞLADI - Mövlud Çavuşoğludan açıqlama

Rəsmi Ankara Ukraynada baş verənləri müharibə kimi qiymətləndirir və bundan sonra Montrö Konvensiyasının müddəalarının yerinə yetirilməsinə nəzarət etmək niyyətindədir.
“Sozcu.info ” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalına açıqlamasında bildirib.
"Montrö Konvensiyası sahilyanı və qeyri-sahil ölkələrin (Qara dənizdə-red) hərbi gəmilərinin keçidini tənzimləyir. Türkiyə indiyə qədər konvensiyaya ciddi əməl edib, biz Montrö Konvensiyasının 19-cu maddəsini şəffaf şəkildə həyata keçirəcəyik. İlkin olaraq bu, Rusiyanın hücumu idi. Biz bunu mütəxəssislərlə, hərbçilərlə, hüquqşünaslarla qiymətləndirdik. İndi bu, müharibəyə çevrilib. Bu, hərbi əməliyyat deyil, müharibədir”, - nazir deyib.


Oxşar Xəbərlər

Xəbər lenti