Mövlud Çavuşoğlu sabah Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.
Sozcu.info xəbər verir ki, səfər sabah - martın 5-də baş tutacaq.
M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
"Prezident İlham Əliyev bizi qəbul edəcək. Bakıda müzakirə edəcəyimiz bəzi məsələlər var", - XİN başçısı vurğulayıb. 



Oxşar Xəbərlər

Xəbər lenti