"24 MART PUTİN ÜÇÜN ƏN PİS GÜNLƏRDƏN BİRİ OLDU..." -

Bir aydır davam edən Rusiya-Ukrayna müharibəsində Vladimir Putin üçün 24 mart tarixi karyerasının ən çətin və pis günlərindən biri oldu. Ötən gün diplomatiya masasından və ölkə daxilindən gələn pis xəbərlərlə sarsılan Putin, döyüş meydanında da ağır zərbə aldı.
“Sozcu.info” sözügedən mövzuyla bağlı Almaniyanın “Bild” qəzetində dərc olunan materialın bir hissəsini oxuculara təqdim edir“Putinin dünən aldığı ilk pis xəbər Ukrayna əsgərlərinin Kiyev yaxınlığında rus hərbçilərini məğlubiyyətə uğratması və Berdyansk limanında Orsk adlı rus hərbi gəmisinin məhv edilməsi oldu.
İkinci şok effekti yaradan xəbər isə günorta saatlarında gəldi. “Böyük yeddilik” ölkələri Rusiyanın 240 milyard dollarlıq qızıl ehtiyatlarının dondurulduğunu açıqladı.
Eyni zamanda ABŞ Rusiya parlamentindəki deputatlara və digər rəsmilərə sanksiya tətbiq edəcəyini bəyan etdi. Polşa rəhbərliyi isə Rusiyanın Varşava səfirliyinin hesablarını blokladığını bildirdi.
Axşam saatlarında açıqlanan NATO-nun Ruminiya, Bolqarıstan, Macarıstan və Slovakiyaya 40 min əsgər göndərmək qərarını isə Putinin gün ərzində aldığı ən bəd xəbər adlandırmaq olar.
Eyni zamanda NATO rəsmiləri Ukraynaya silah yardımlarının davam etdirilicəyini vurğuladı”.
“AzPolitika.info”


Oxşar Xəbərlər

Xəbər lenti