İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib.
Sozcu.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qərar imzalayıb.
Dəyişikliyə əsasən, Gəncə şəhəri bələdiyyə siyahısı aşağıdakı redaksiyada təsdiq edilib:
Kəpəz bələdiyyəsi - Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;
Nizami bələdiyyəsi - Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;
Hacıkənd bələdiyyəsi - Hacıkənd və Göygöl qəsəbələri.


Oxşar Xəbərlər

Xəbər lenti