8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bizim icra başçısı nasistdir. Mən bu sözdən istifadə etməyə məcburam. Çünki keçən seçkilərdə mənə deyirdilər ki, nasist və nasionalistəm. Indi isə özləri təsdiq edirlər ki, özləri nasist və nasionalistdirlər. Çünki etnik azlıqlar yaşayan kəndlərlər çox böyük problemlər mövcuddur” – bu bəyənatı "Avropalı Gürcüstan”ın Marneulinin merliyə namizədi Əhməd İmamquliyev bugün, 9 avqust tarixində, Qaçağan kəndində əhali ilə görüş zamanı bildirirb. Əhməd İmamquliyev eləcə də radio marneuli ilə söhbəti zamanı deyib ki, gürcü kəndlərindən, məsələn, Seretelidə, doğrudur suvarma suyu problemi var amma onların asfalt qatı var, bayır işıqlandırması və təmizlik problemi də həll olunub. Ancaq onların getdiyi azərbaycanlı və ermənilər yaşayan kəndlərdə bayır işıqlandırması, içməli su və yol yoxdur. Onun fikrincə bu icra başçısı tərəfindən, etnik işarəylə, məqsədyönlü olaraq atılan addımdır.
"Mən gördüyümdən dolayı deyirəm ki, əhalinin əksəriyyətini etniklərin təşkil etdiyi kəndlərdə hakimiyyət tərəfindən heç bir diqqət yoxdur. Mən bunu etniklərə qarşı intiqam və nasistlik hesab edirəm”.
Merab Topçişvili isə Əhməd İmamquliyevi avanturist adlandırır və deyir ki, azərbaycanlıların kəndlərində bu dörd il ərzində olanlar, bu qədər tarix boyunca edilməyibmiş
"Bu insan avanturistdir. Dörd il ərzində edilənlər tarixdə edilməyib. Lap elə qaçağan və ya digər kəndlər olsun. Xancığazlı və digər ərazi bütövlüklərində bir çox işlər həyata keçirildi. Milyon larilik layihələr oldu. Bütün munisipolitet miqyasında işlər görülüb”.