Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin şimal-şərqində yerləşən yeni Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.
Sozcu.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni hava limanının açılışı mayın 14-də planlaşdırılır.
Yeni hava limanı Türkiyənin ikinci ən uzun uçuş-enmə zolağına malikdir. Rize-Artvin Hava Limanı Rize şəhərindən 34 km, Hopadan 54 km və Artvindən 125 km məsafədə Bazar rayonunda yerləşir.
Rəsmi açılış mərasimindən sonra Rize-Artvin Hava Limanı fəaliyyətə başlayacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}