8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şübhə yoxdur ki, həm toplum, həm də dövlət olaraq qonşuluq nüansı istər siyasi, istər iqtisadi, istər də mədəni sahədə qabarıq formada əks olunur. Görünür, məhz bu səbəbdəndir ki, Azərbaycan dövləti qonşularıyla əlaqələrinə hər zaman diqqətli yanaşıb, bu sahədə konstruktiv yanaşma ortaya qoyub.
Qonşu ölkələrlə normal münasibət həm də dövlətin öz güvənliyi, təhlükəsizliyi üçün önəmlidir. Ən azı ona görə ki, zərbənin sənə qonşudan dəyməyəcəyinə əmin olmalısan. Bu nüans həm də dövlətlərin imiclərini formalaşdırmaq baxımından önəmlidir.
Amma gəlin görək, Azərbaycan bütün qonşularına qarşı yürütdüyü siyasətə adekvat cavab ala bilir? Məsələn, 2008-ci ilin 8 avqust müharibəsində NATO, ABŞ kimi Qərb müttəfiqlərinin, belə demək olarsa, Moskvanın qarşısında tək qoyduğu və lakin Azərbaycanı əvvəldən axıradək yanında gördüyü Gürcüstanı götürək. O Gürcüstanı ki, Bakı-Tiflis-Ceyhan beynəlxalq tranzit-kommunikasiya dəhlizi onun iqtisadi asılılıqdan xilas olmasında hələ də önəmli rol oynayır. Bundan əlavə, Azərbaycan həm investisiyalarla, həm də müxtəlif layihələrdə Gürcüstana yer verməklə, onun iqtisadi rifahına töhfələr verməkdədir. Bəs, əvəzində "Gürcü arzusu" hökuməti Azərbaycana qarşı hansı siyasəti sərgiləyir? İqtisadi faydası bir tərəfə qalsın, yuxarıda qeyd etdiyimiz qonşuluq prinsipinə uyğun olaraq Azərbaycanın suverenliyinin, milli və dövlət təhlükəsizliyinin qorunmasına hər hansı töhfə verirmi? Yoxsa, əksinə, Azərbaycana qarşı heç zaman xoş niyyət sərgiləməyən digər qonşularla bir səfdə yer alır?
Əlbəttə, Gürcüstanda zaman-zaman azərbaycanlılarla bağlı süni problemlərin meydana çıxdığı kimsəyə sirr deyil. İlk öncə onu deyək, tarixi türk torpağı olan Borçalıda toponimlərin dəyişdirilməsi hələ ölkənin birinci prezidenti Zviad Qamsaxurdiyanın hakimiyyəti dönəmindən özünü göstərmişdir. İkinci prezident Eduard Şevardnadze zamanında da bu tendensiya davam etdi və bir çox kəndlərimizin adı dəyişdirildi, mədəniyyət abidələrimiz gürcüləşdirildi və s. Baxmayaraq ki, bu addım 2006-cı ildə qüvvəyə minən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına da ziddir.
Gürcüstanın azərbaycanlılara qarşı ayrı-seçkiliyi soydaşlarımızın yaşadığı bölgələrdə torpaq problemlərinin, iqtisadi sferadakı ayrı-seçkiliyin, təhsil sahəsindəki problemlərin, Borçalı azərbaycanlıları arasında yüksək işsizlik səviyyəsinin mövcud olmasında, eləcə də azərbaycanlılara inzibati və yerli idarəetmə orqanlarında yaradılan süni maneələrdə, "dil probleminə görə" hökumət strukturlarında iş tapma imkanlarının təmin olunmamasında da özünü göstərməkdədir. Zaman-zaman
Gürcüstanın başqa kiçik etnik xalqları ilə bu ölkənin ikinci böyük toplumu olan azərbaycanlıların üz-üzə qoyulması da sıradan, təsadüfi məsələ deyil. Dmanisidə svanlarla azərbaycanlılar arasındakı qalmaqalı xatırlamaq üçün yaddaşımızda çox uzağa getmək lazım deyil. Asayişin təmin olunması üçün tədbir görülməsi zəruri olsa da, qəribədir ki, həmin qalmaqalı törədən svanlar cəzalandırılmadı.
Çox təəssüf ki, Gürcüstanın mövcud hakimiyyəti azərbaycanlılara qarşı yalnız özü diskriminasiya siyasəti yeritmir, bu prosesə İran və Ermənistanı da qatıb. Rəsmi Tiflis farslar və ermənilərlə əl-ələ verərək soydaşlarımızın Azərbaycan dövlətinə qarşı "məzhəb düşməni”nə çevrilməsində əlindən gələni əsirgəmir. Azərbaycandan işi keçdiyinə görə bu siyasəti açıq şəkildə apara bilməyən “Gürcü arzusu” pərdə arxasında İranın, bəzi hallarda isə Ermənistanın əli ilə “hücuma keçir”. Bu yaxınlarda Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında “dini tələblərlə” keçirilən aksiya da məhz bu qəbildəndir. Hansı ki, ilk baxışdan bu aksiyanın arxasında İran xüsusi xidmət orqanlarının durduğu güman edilsə də, əslində, bu piketin keçirilməsini Gürcüstan hakimiyyətinin təşkil etdiyi haqda səhih informasiyalar var. Əlbəttə, burada Tehranın da öz marağı olduğundan, həmin aksiyanı İran və Gürcüstanın Azərbaycana qarşı “birgə savaşı” da hesab edə bilərik.
Üstəlik, Gürcüstan hakimiyyəti İranın əli ilə təkcə Azərbaycanı hədəfə almır, Borçalıda yaşayan soydaşlarımıza qarşı da illərdir öz məkrli planını həyata keçirməkdədir. Məsələn, “şər mollaları”nın əli ilə soydaşlarımızı narkotik aludəçiliyinə düçar edib onların manqurt, siyasi, milli hədəfləri olmayan, mənəvi dəyərləri aşındırılmış topluma çevrilməsinə dəstək verir.
Məlumdur ki, istər Ermənistana, istərsə də İran xəttinə bağlı fitnə ocaqları illərdir Gürcüstanda yaşayan soydaşlarımızın bütün mənalarda məhvinə çalışır. Onların diskriminasiya siyasətinə məruz qalmasına şərait yaradılır. Söhbət ondan gedir ki, İran illərdir azərbaycanlılar yaşayan hər bir kənddə özünün içində türk nifrətindən qaynaqlanan, fars-şiə heyranlığı ilə pərdələdiyi məzhəb təlqinini aşılayan hücrələrini yaradıb. Əlbəttə, Azərbaycana və məntiqlə dünyanın hər hansı guşəsində yerləşməsindən asılı olmayaraq istənilən azərbaycanlıya "nifrət qusan" İran din adı altında kəşfiyyat ocaqları qurub. Aydındır ki, dini təəssübkeşlik sıradan insanların azdırılması, İran kəşfiyyat orqanlarının toruna salnması üçün “ideal” tələdir. Çünki missiyası məsum olan, din adı altında fars irqçiliyini təlqin edən şiəliyin hücrələrindən yarasa kimi insanların beynini zəhərləmək, kəşfiyyat işi aparmaq sadə insanlarda şübhə
şübhə oyatmır. Gürcüstandakı azərbaycanlı kəndlərində İrana bağlı yüzlərlə gənc molla rejiminin toruna düşüb ki, bu məsələdə Gürcüstan hakimiyyətinin marağı da az deyil. Bu ölkədə yaşayan gənclərimiz kütləvi şəkildə İranın müxtəlif şəhərlərinə, o cümlədən Qum və Məşhədə "dini təhsil almağa", daha açığı "beyin yuyulma əməliyyatı" üçün aparılır. Burada həmin gənclər "verbovka" olunur və qısa zamanda "dini manqurtlar"a çevrilirlər. Sonradan həmin gənclər geri qaytarılır və onların hər biri "fars-rafizi missionerlərin"nə çevrilərək İranın maraqlarına xidmət edir. Bu faktiki Borçalıda İranın “zəhərli ordu”suna çevrilməkdir.
İranın hücrələri rolunu isə Qum və Məşhəd məktəbini keçmiş mollaların oturduğu məscidlər oynayır. Beləliklə, İran zəhəri azərbaycanlıların beynində məskən salır. Söhbət ondan gedir ki, ortada İranın Borçalıda yaşayan soydaşlarımızın Azərbaycan və Türkiyə ilə bütün bağlarını qoparmaq siyasəti var. Çox təəssüflə deməliyik ki, son on il ərzində İran bu siyasətə qismən nail ola bilib.
Ən acınacaqlısı odur ki, İran bu istiqamətdə həm də erməni xətti ilə işləyir. Onsuz da ermənilər İranla əlbir olub illərlə Azərbaycana və azərbaycanlılara qarşı çox məkrli siyasət aparmaqdadırlar. Üstəlik, təəssüflə bildirək ki, Gürcüstandakı soydaşlarımızın bir çoxu erməni-fars kəşfiyyat şəbəkəsinin toruna düşərək Azərbaycan dövlətinə qarşı radikal çıxışlar edir, hədələyici tonda bəyanatlar verirlər. Bu baxımdan, molla rejiminin təbliğatı ilə zəhərlənən insanlarımızın yalnızca beyni yuyulmur, Gürcüstanın məhz azərbaycanlılar yaşayan bölgələrində açıq-aşkar narkotik satışı da tüğyan edir ki, burada da Gürcüstan hakimiyyəti məqsədli olaraq önləyici mövqe nümayiş etdirmir. Çünki hakimiyyətin də marağındadır ki, azərbaycanlılar kütləvi şəkildə indi narkobazarda dəbdə olan “patı” aludəçisinə dönsün, soydaşlarımızın geni məhv olsun, fiziki və mənən "özünüməhv" mexanizmi ilə Gürcüstandakı "dominant türk milləti" kimi kökü kəsilsin.
Bu çirkin niyyətlə Gürcüstan hakimiyyəti həm də azərbaycanlıları narkotik asılılığı bataqlığına itələyib, onları istədikləri səmtə yönəltmək məqsədi güdür. Kim zəmanət verə bilər ki, sabah, o biri gün həmin soydaşlarımız "sapı özümüzdən olan baltalar" kimi İran cərgələrindən dövlətimizə "diş qıcırdan" Taleh Bağırzadə kimi agentlərə dönməyəcək?
Diqqət edin, İran içindəki aşağılanmalara, milli təhqirə məruz qalan, milli azadlıq eşqiylə yanan güneylilərin qisasını Borçalıdakı, eləcə də Azərbcaycandakı soydaşlarımızı öz missionerlərinə çevirməklə almağa cəhd edərək, “bizim əlimizlə bizə qarşı” döyüşür. Dövlətimizə qarşı çirkin savaşda "çörəyimizi yeyib bizə xain çıxan" Gürcüstansa İranla "vəhdət"də birləşir. Çünki Gürcüstan hakimiyyəti “bir daşla bir neçə quş” vurduğunu düşünür.
Gürcüstanın Axalkalaki bölgəsində ermənilərin hər cür əndazəni aşmasına baxmayaraq "Gürcü arzusu" hakimiyyəti ermənilərə daha tolerant yanaşır. Üstəlik, Rusiya tərəfindən işğal olunan Abxaziyanın erməniləşdirilməsinə, erməni amilinin faktiki Gürcüstanın dövlət təhlükəsizliyinə, suverenliyinə təhdidə çevrilməsinə baxmayaraq. Hətta "Gürcü arzusu" hakimiyyəti erməni təhlükəsinə qarşı o qədər tolerantdır ki, milli asayişə təhdid olan ermənilərə İranın maşası olaraq "meydan sulamağa" hər cür şərait yaradıb. Belə desək, Gürücüstan hakimiyyəti öz aləmində hələ ki, ikinci dominant azərbaycanlıları ermənilərlə neytrallaşdırır.
Gürcüstan hakimiyyətinin Borçalıda narkotika alverinə “yaşıl işıq” yandırmasının başqa səbəbləri də var. "Gürcü arzusu" bu mexanizmi soydaşlarımıza qarşı düşünülmüş şəkildə tətbiq edərək, bununla həm də demoqrafik balansın tənzmilənməsi, soydaşlarımızın sayının azaldılmasına cəhd edir. Və təəssüf ki, Gürcüstan hakimiyyətinin dövlətimizə, soydaşlarımıza qarşı ədavəti get-gedə daha yüksək zirvələri “fəth edir”.
Digər tərəfdən, həm də ortada bir Türk faktoru var. Hansı ki, Azərbaycanın regionda söz sahibinə çevrilməsini, qardaş Türkiyənin dünyada artan nüfuzunu, ümumilikdə isə Türk yüksəlişini həzm edə bilməyən, bundan hüceyrələrinə qədər vəsvəsəyə düşən qüvvələr, o cümlədən qonşu dövlətlər olan İran, Ermənistan və Gürcüstan konturları cızılan yeni geosiyasi düzəndə öz yerini tutmağa, öz sözünü deməyə çalışan türk amilindən narahatçılıq keçirirlər. İranın simasında özünü biruzə verən şər güclər Turanın Mərkəzi Asiyaya doğru açılmaqda olan əsas dayaq nöqtəsi Azərbaycana badalaq vurmağa, onu hər vəchlə durdurmağa cəhd edirlər.
Çox təəssüflə qeyd etməliyik ki, hazırkı Gürcüstan hakimiyyəti İranın Azərbaycana (pərdə arxasında isə Türkiyəyə) qarşı şər planlarının Borçalıda həyata keçirilən hissəsinə açıq şərait yaradır, Tehranın çaldığı “İran təranələri”nə oynayır. Tiflisə ən çətin zamanlarında dayaq olmuş dövlətimizə və soydaşlarımıza qarşı “Gürcü arzusu” düşmənçilik siyasəti yürüdür, onu parçalayıb udmağa, "həzm-rabedən keçirməyə" çalışan, Abxaziyaya göz dikən, fars fitnələrinə tam miqyasda alət olan ermənilərlə əlbir olaraq "öz oturduğu budağı kəsir".
Açıq görünür ki, fars-narkomolla rejiminin Azərbaycana -soydaşlarımıza duyduğu kin-küdurət çoxdan Gürcüstan hakimiyyətinə sirayət edib. Odur ki, bu gün Gürcüstanda durum çox ciddidir və "SOS" siqnalı verməyin zamanıdır. Heç də təsadüfi deyil ki, yuxarıda qeyd etdiyimiz kimi, Tiflisdəki Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada da Borçalıda yaşayan beyni zəhərlənmiş gənc azərbaycanlıların Azərbaycan dövləti əleyhinə səsləndirdiyi şüarların şahidi olduq. Onların hər biri özlərini bir Azərbaycan türkü kimi deyil, bziə düşmən olan erməni və fars milləti ilə eyni cərgədə dayanan fərdlər kimi aparırdılar. Azərbaycana qarşı kin-küdurət, nifrət qusurdular. Onların sərgilədiyi tövr mənən, genetiki tellərlə bağlı olduğu Azərbaycana qarşı fars İranının diqtə etdiyi, körüklədiyi düşmənçilik mövqeyi idi. Bu durumda Azərbaycan dövləti təbii ki, qabaqlayıcı addımlar atmalıdır. Bir daha qeyd etməyi özümüzə borc bilirik ki, bu gün Azərbaycana qarşı Gürcüstandan üzərindən böyük bir savaş elan olunub. Bu narkotik savaşıdır, bu içində fars millətçiliyinin məzhəb donuna büründüyü din savaşıdır. Bu son məqsədi ilkin mərhələdə Gürcüstandakı azərbaycanlıların millət kimi kökünün kəsilməsini, genefondumuzun sonuna çıxılmasını, millət kimi yox olmağımızı hədəfləyən savaşdır. Gürcüstan hakimiyyəti isə bu prosesdə gizli olaraq erməni-fars şəbəkəsi ilə əlbirdir.
Əlbəttə bu proses hələlik nəzarətdə olsa da, gələcəkdə onun dövlətimiz üçün ciddi təhlükəyə çevrilməyəcəyinə zəmanət yoxdur. Azərbaycan hakimiyyəti bu prosesə nüfuz etmək üçün passivlik nümayiş etdirdiyi və İran-Ermənistan-Gürcüstan xüsusi xidmət orqanlarının Azərbaycan dövlətinə qarşı fəaliyyətinə göz yumduğu təqdirdə İranın yürütdüyü bu proses arzuolunmaz nəticələrə gətirə və böyük faciələrə səbəb ola bilər. Türk Birliyinin bölgədə güclənməsinin qarşısını almaq üçün İranın həm dini məzhəb xəttilə, həm narkoticarətin meydan sulaması şəklində uzun müddətdir start verdiyi prosesin qarşısının alınmasının vaxtıdır. İranın addımları cığırından çıxır və biz isə gecikirik. Proses yalnız narkoticarət və məzhəb təəsüübkeşliyindən ibarət deyil. Oyun çox böyükdür. Proses bitməyən fars-türk rəqabətinin əks olunduğu, çarpışdığı İran-Turan savaşıdır.