Türkiyə və Rusiya liderləri Tehranda Qarabağdan danışdı Putin Ərdoğana İlham Əliyevin salamını çatdırdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Tehranda keçirilən təkbətək görüşündə müzakirə edilən mövzular arasında Qarabağ məsələsi də olub.

Bu barədə Kremlin mətbuat xidməti Rusiya dövlət başçısının görüşdəki çıxışından sitat gətirərək məlumat yayıb.

Həmçinin, görüş zamanı Putin Azərbaycan Prezidentinin salamını Ərdoğana çatdırıb.

“Təbii ki, digər mühüm məsələ - Qarabağ məsələsi də bizim nəzərimizdədir. Mən bu yaxınlarda Xəzər Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşmüşəm. Onun sizə böyük salamı var”, - deyə Rusiya lideri bildirib.

Mənbə: Kremlin.ru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}