25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Dünyada baş verən hadisələr onun enerji mənzərəsinində dəyişməsinə səbəb olmuşdur. Avropa dövlətləri yaranmışçətinliklərin aradan qaldırılması məqsədilə etibarlı tərəfdaş ölkələrə üz tutmağa məcbur olmuşdur .Dövlətimizin dünyada nüfuzunun artması Avropanın, dünyanın ən böyük iqtisadi güc mərkəzlərindən biri olanAvropa İttifaqının üzləşdiyi enerji böhranından çıxması üçünölkəmizə, cənab Prezidentimiz İlham Əliyevə üz tutmasınasəbəb olmuşdur.Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon derLyayen 18 iyulda keçirilən görüş sonrası verdiyi bəyanatındaAzərbaycanı seçməsinin səbəblərini belə ifadə etmişdir: “Qətiyyət göstərərək Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Avropa İttifaqı Rusiyadan yan keçərək dahaetibarlı və etimad doğuran tərəfdaşlara üz tutdu və mənAzərbaycanı onların sırasında görməkdən məmnunam. Sizbizim üçün mühüm enerji tərəfdaşısınız”.Bu fikirləri xanım Ursula səsləndirsə də, təkcə onunfikirləri deyil, 27 dövlətin daxil olduğu Avropa İttifaqınınfikridir.Bu fikirləri dinləyərkən qürur hissi keçirməmək mümkündeyil. Bir daha dövlətimizin başçısı cənab Prezident İlhamƏliyevin yürütdüyü qətiyyətli xarici siyasət kursununnəticəsində ölkəmizin strateji tərəfdaşa çevrildiyinin şahidiolduq.Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə 15 ildən artıq müddətdir ki, əməkdaşlıq edir. Azərbaycandanneft və qaz hasilatı Xəzər dənizini Qara dənizlə birləşdirənkəmərlər vasitəsi ilə qardaş Türkiyəyə, oradan da Avropayaçatdırılır.Dünyada gedən proseslər zəminində enerji təhlükəsizliyibugün ən aktual məsələlərdən biri olmuşdur. Azərbaycan iləAvropa İttifaqı arasında yeni sazişin bağlanmasına hazırlıqişlərinin yaxın zamanda başa çatması gözlənilir. Avropaİttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hər iki tərəfüçün böyük iqtisadi və siyasi əhəmiyyəti vardır.Unutmayaq ki, aparılan düzgün daxili və xarici siyasətAzərbaycanı regionun, Türk dünyasını və ən nəhayətdədünyanın güclü dövlətinə, söz sahibinə çevirdi. 44 günlükVətən Müharibəsi zamanı böyük gücləri Azərbaycanın haqlımövqeyini müdafiə etməyə, onunla hesablaşmağa məcburetdi. Biz buna xalqın birliyi və cənab Prezident İlham Əliyevinqətiyyəti sayəsində nail olduq. Avropa bunu bir daha təsdiqetmiş oldu.Əliqismət Səfərov Suraxanı rayonu, 318 № li tam orta məktəbin direktoru