25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyanın dövlət və ictimai xadimi Sergey Markov öz “Feysbuk” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətinin uğurlarından danışıb: “Ərdoğan Lvova səfər edəcək və avqustun 18-də orada Zelenski və BMT-nin Baş katibi ilə birlikdə Ukraynadan taxıl ixracı məsələsini müzakirə edəcək. Həmçinin, Türkiyə Ukraynada Bayraktar dronlarını istehsal edən zavod tikir.
Türkiyə eyni zamanda sanksiyalardan vaz keçərək Rusiyanın əsas tərəfdaşı olub.
Ərdoğan iki cəbhədə çalışır. Və hamıdan faydalanır. Türkiyə artıq yeni böyük neytral dövlətdir. İsveç, Finlandiya, İsveçrəni bu mövqedən sıxışdırıb çıxarır.
Digər dövlətlər də neytrallıqdan faydalanırlar. Lakin Türkiyə hamıdan çox qazanır, çünki Türkiyənin neytrallığı çox aktivdir. Onun neytrallığı heç harda olmamaqda deyil, hər yerdə olmaqdadır”.
Hürr Tərcüman