Prezident fərman imzaladı


Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Hurriyyet.az fərmanın mətnini təqdim edir:

1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709; 2006, № 5, maddə 404, № 11, maddə 947; 2007, № 6, maddə 601; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 3, maddələr 374, 382, № 6, maddələr 1066, 1095, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2322; 2018, № 6, maddə 1237; 2019, № 7, maddə 1215; 2020, № 8, maddə 1033; 2022, №5, maddə 471) 2.10-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini telekommunikasiya xidmətlərindən istifadəyə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadəyə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.




Oxşar Xəbərlər

Xəbər lenti