25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Bütün silahlarımızla indi dünyada bizə düşmən olanların bəlasıyıq”.Sozcu.info xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Milli Müdafiə Universitetinin açılış mərasimində çıxış edən prezident söyləyib ki, 15 iyul xəyanətindən ən çox əziyyət çəkən Hərbi Hava Qüvvələrimiz qısa zamanda özünə gələrək səmada hökmranlığımızı daha da gücləndirdi:“Hərbi məktəblərimizin təhsil müddətini dörd ildən beş ilə qaldıraraq, əhatə dairəsini genişləndirməklə ölkəmizin ehtiyaclarına uyğun ixtisaslı kadrlar yetişdiririk.
Biz dostlarımızın ehtiyaclarını dünyadan geridə deyil, qabaqda olan təhsil sistemi ilə qarşılayırıq.
Bir zamanlar ordumuzun gücünü aldığı bu qədim köklərdən qopmaq cəhdləri pik həddə çatmışdı. Türkiyənin ruhunu parçalayan problemlərdən biri kimi kazarma məscidlərinin bağlanması və əsgər ailələrinə qarşı ayrı-seçkilik halları da artıq keçmişdə qalıb.40 ilə yaxın zaman ərzində təkcə terrorçularla deyil, onlara dəstək verənlərlə də mübarizə aparmışıq. Egeydə iğtişaş yaradanların maşa olduğunu bilirik.
60 ildir qapısında gözlədiyimiz AB-nin bizimlə müqayisə oluna bilməyən ölkələri üzv qəbul edərkən bizi niyə gözləməyə məcbur etdiyini bilirik.
Ölkəmizə qarşı təhdidlərin qızğın vaxtında dəstək verməyən NATO-nun gücünü hara köçürdüyünü görürük.
Mandat sevərlərə rəğmən milli mübarizədə qalib gəldiyimiz kimi, bu gün də eyni zehniyyətdə olanlara baxmayaraq Türkiyənin hədəflərinə çatacağıq.
Biz artıq ssenarilərlə istiqamətləndirilən ölkə deyilik, indi silahlarımızı, sursatlarımızı, hər şeyi özümüz hazırlaya bilirik.
Biz artıq iqtisadiyyatı xırda oyunlarla buxovlana bilən və asanlıqla istismar edilən ölkə deyilik. Onlar keçdi, bu, tarixdir. İndi Türkiyə əldə etdiyi irəliləyişlər sayəsində azadlığa qovuşmuş, öz maraqlarını müdafiə edən, öz məqsədlərinə doğru addımlayan bir ölkədir.
Bütün silahlarımızla indi dünyada bizə düşmən olanların bəlasıyıq”,-deyə Ərdoğan bildirib.
Musavat.com