Makron Türkiyənin Rusiya ilə danışıqların mərkəzində olmasını istəmir


Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Fransa Prezidenti Emanuel Makron Türkiyənin Rusiya ilə danışıqların mərkəzində olmasını istəmədiyini bildirib.

Rusiyanın Ukraynaya hücum elədiyi 24 fevral tarixindən bəri rusiyalı həmkarı Vladimir Putinə dəfələrlə zəng eləmiş Makron Yelisey sarayında Fransa səfirləri ilə görüş zamanı Rusiya ilə dialoqun zəruri olduğunu qeyd edərək, əlavə edib:  “Kim istəyər ki, Türkiyə Rusiya ilə danışıqlar aparmağa davam edən yeganə dünya dövləti olsun?”

Makron səfirləri onları zəiflədəcək “yanlış nəsihətlərə” fikir verməməyi məsləhət görərək deyib: “Diplomatın işi – hamı ilə danışmaqdır, xüsusilə də bizin həmfikir olmadıqlarımızla. Biz öz müttəfiqlərimizlə koordinasiya ilə bağlı danışıqlara davam edəcəyik”.

Makron dünya dövlətlərinin “danışıqları yolu ilə sülhə” hazırlaşmalı olduğunu söyləyib, sülhün müddətinin və şərtlərinin Ukraynadan asılı olduğunu qeyd edib. Makron deyib: “Biz uzun müharibəyə hazır olmalıyıq. Eyni zamanda eskalasiyadan qaçmalı və sülhə hazırlaşmalıyıq”.



Oxşar Xəbərlər

Xəbər lenti