Sensasion AÇIQLAMA: “Ermənistan birmənalı şəkildə Rusiyadan təlimat alıb”


Düşmənin təxribata əl atması və üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi Azərbaycanın və Türkiyənin Ermənistanla müharibədən sonra bərpa olunması nəzərdə tutulan iqtisadi əlaqələrdən imtinası ilə nəticələnə bilər. Lakin rəsmi İrəvan bu vacib məsələni də düşünməyərək öz məkrli niyyətindən əl çəkmək istəmir. İqtisadi əlaqələrdən imtina isə Paşinyan hökumətinin gələcəyi ilə yanaşı, Ermənistanın öz aqibətini də sual altına qoya bilər. Bəs iqtisadi əlaqələrin bərpasının baş tutmaması Ermənistan üçün nə deməkdir?  

Hurriyyet.az xəbər verir ki, bu sözləri mövzunu Konkret.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistanla iqtisadi əlaqələri bərpa etməsinə ehtiyacı yoxdur: “Rəsmi Bakı İrəvana iqtisadi sanksiya qoyub. Türkiyə və pakistan da bu sanksiyaya qoşulub. Hətta İsrail də bu günə qədər Ermənistanla iqtisadi sahədə hər hansı bir əməliyyat həyata keçirmir. Yəni Ermənistan özü-özünü blokadaya salıb. Düşmənin törətdiyi təxribat birmənalı şəkildə Rusiyadan alınan təlimatdır. Çünki Paşinyanın Vladivastokdakı sərsəm çıxışları, həm də oradan qayıtdıqdan sonra səsləndirdiyi fikirlər və bu cür addım atması Rusiya ilə İranın maraqlarına uyğundur. Fransanı da nəzərə alsaq hər üç dövlət Ermənistanı qısqanır, eyni zamanda Qafqazda öz siyasətini aparmaq üçün rəsmi İrəvandan bir maşa kimi istifadə edir. Azərbaycanın yanında isə hər zaman olduğu kimi qardaş Türkiyə dayanıb. Həm Ərdoğan, həm də Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Ermənistanla hər hansı bir danışığa gedilməyəcək. Yəni ticari əlaqələrin həyata keçirilməsi Ermənistanın özü üçün hava və su kimi lazımdır. Çünki İranla apardığı ticarət ələqələri Ermənistana heç nə vermir. Nəzərə almaq lazımdır ki, Tehran özü də sanksiya altındadır”.

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar  bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması İrəvandan asılıdır: “Amma bu əlaqələrin qurulmasına da yox demək olmaz. Dünyada hətta yüzillik müharibələrin sonu belə danışıqlardan keçib. Ermənistan növbəti dəfə təxribata əl atdı. Rusiya isə bu məsələni KTMT səviyyəsinə çıxarmağa cəhd göstərdi. Lakin Azərbaycan ordusunun əməliyyat bacarığı düşmənin bütün məkrli planlarının üzərindən xətt çəkdi. Yaxşı olar ki, Ermənistan ağlını başına yığıb odla oynamasın. Əks halda bunun nəticələri rəsmi İrəvan üçün çox acınacaqlı olacaq”.

Müşviq Tofiqoğlu



Oxşar Xəbərlər

Xəbər lenti