Azərbaycana və Ermənistana xüsusi nümayəndə gəlir- SƏBƏB AÇIQLANDI


Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi ilə sülh müqaviləsinin mətni üzərində işləmək üçün sentyabrda Yerevana və Bakıya növbəti səfər edəcək. Sozcu.info bildirir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələrindən biri Denis Qonçar məlumat verib.

“AzərbaycanErmənistan- münasibətlərinin normallaşması istiqamətində səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Rusiyadan kömək istənilməsi faktı həm Bakıda, həm də İrəvanda təsdiqlənib. Təbii ki, bu, bizim üçün özünü reklam məsələsi deyil, böyük məsuliyyətdir”, - rusiyalı diplomat bildirib.(Gundem.az)



Oxşar Xəbərlər

Xəbər lenti