8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Xarkov vilayətindən tələsik qaçan rus ordusunun “şücaətini” müasir dünyada gizlətmək mümkün deyil. Bundan sonra kimsə rus ordusunun sıralarında döyüşmək istəməyəcək, çünki onun qorxaqlığını və bacarıqsızlığını hamı görür”.
Sozcu.info Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Geraşenko deyib.
Ukrayna rəsmisi Rusiya ordusunda ciddi kadr çatışmazlığının olduğunu iddia edib.
“Bunu açıq deyirəm: söhbət Rusiyanın parçalanmasından gedir. Əgər bu müharibə Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisindən, o cümlədən Krımdan tamamilə çıxarılması ilə dayandırılmasa, gələcəkdə bu, Rusiyanın parçalanmasına gətirib çıxaracaq. İndi sakit oturan, FSB-dən qorxan regional liderlər yavaş-yavaş baş qaldırmağa başlayacaqlar. Onlar - Tatarıstan, Başqırdıstan və digər respublikaların rəhbərləri başa düşürlər ki, Putin Rusiyanı uçuruma aparır. Xarkovdakı parlaq qələbəmizin nəticəsi bu oldu ki, onlar Rusiyada Putini və onun tərəfdarlarını açıq şəkildə tənqid etməyə başlayıblar”, - Geraşenko qeyd edib.