25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan hər zaman sülh və tərəfdaşlıq ənənələrinə sadiqdir. Enerji təhlükəsizliyinin kəskin problemə çevrildiyi indiki məqamda bu, xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan regionda münaqişələrin dərinləşməsinə yox, əməkdaşlığın və münasibətlərin güclənməsinə xidmət edən dövlət olduğunu ortaya qoyur, yeni perspektivlərə köklənir. Azərbaycanın sülh səylərinə məhəl qoymayan Ermənistan məhz 2020-ci ildə bütün Azərbaycanın daha böyük ərazisini ələ keçirmək niyyəti ilə qanlı müharibəyə başladı. Prezident öz çıxışında bu incə məqamlara toxunmasa da, bir sıra Avropa dövlətlərinin Ermənistanı açıq müdafiə etməsi, əcnəbi jurnalistlərin Bakıya "hücum"u yəqin ki, hamının yadındadır. Çoxuna elə gəlirdi ki, Azərbaycan bu təzyiqlərə davam gətirməyəcək, geri çəkiləcək. Lakin Azərbaycan inadından dönmədi, Avropanın enerji təhlükəsizliyindəki vacib rolunu heç kimə güzəştə getmədən sonadək oynadı. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar Ermənistanın Baş naziri Nikol Paşinyan rejimi tərəfindən regional təhlükəsizliyə ciddi təhdidlər yaradır və Cənubi Qafqaz regionunda kövrək sülh prosesini pozur. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistanın təxribatlarına göz yuman dövlətlər regionun və Azərbaycanın inkişafını istəməyən qüvvələrdir. Bu gün Azərbaycanın qüdrətli ordusu var. Azərbaycan ordusu ölkəmizə qarşı çevirilmiş istənilən təhdidlərə layiqincə cavab verməyə qadirdi. 13 sentyabrda Ermənistan isə iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı təkrarladı. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycanın Müzəffər Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülməkdədir.Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiya tətbiq etməyənədək regiondakı pozuculuq fəaliyyətindən əl çəkməyəcək. Eyni zamanda beynəlxalq ictimaiyyət və nüfuzlu beynəlxalq təşkilatlar rəsmi İrəvanı sülhə çağırmalıdır. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Sitarə Təhməzova,Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı