25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Rusiya prezidenti Vladimir Putinin sentyabrın 20-də axşam gözlənilən müraciətinin yayımı bu gün, sentyabrın 21-də göstərilə bilər.
Vladimir Solovyov, eləcə də teleaparıcı Anton Krasovski sosial şəbəkədə buna eyham vurub: " Hər şey sabah olacaq".
Qeyd edək ki, müraciətin sentyabrın 20-də Moskva vaxtı ilə saat 18:00-19:00, daha sonra saat 20:00 radələrində yayımlanacağı gözlənilirdi. Rusiya mənbələrinin məlumatına görə, müraciət həqiqətən də lentə alınıb, lakin müəyyən səbəblərdən efirə verilməyib.
"Forbes” Rusiya Prezident Administrasiyasındakı iki mənbəyə istinadən yazır ki, Putinin müraciətinin sentyabrın 21-də səhər yayılmasına səbəb saat fərqinə görə- Uzaq Şərq regionunun "yuxudan oyanmasını gözləməkdir".
Putinin nə barədə danışacağı haqda yalnız təxminlər var. Məlumdur ki, Ukraynanın Donetsk və Luqansk "respublikaları", eləcə də Zaporojye, və Xerson vilayətlərinin yerli icra orqanları sentyabrın 23 və 25-də referendum keçirərək Rusiyanın tərkibinə daxil olmaq qərarı veriblər. Səsvermə həm də "online" qaydada olacaq. Əgər "hə" qərarı çıxarsa, Rusiya prezidentinə rəsmi müraciət ünvanlanacaq. Prosedura uyğun olaraq, ölkə prezidenti bu barədə Federal Məclisi məlumatlandırmalıdır.
Daha sonra parlamentin aşağı və yuxarı palataları bu məsələyə baxır, sonra isə bu subyektlərin hər biri ilə Rusiya Federasiyası arasında beynəlxalq müqavilə imzalanır.
Müqavilələrin Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən ölkənin Əsas Qanununa uyğunluğu yoxlanıldıqdan sonra, Konstitusiya Məhkəməsinin müsbət qərarı olduqda, ratifikasiya üçün parlamentə göndərilir.
Rusiya mediası yazır ki, referendumun nəticəsindən sonra Rusiya artıq öz ərazisini Ukrayna millətçilərindən qorumalıdır ki, bu da "xüsusi hərbi əməliyyatın" mahiyyətini dəyişməlidir. Ehtimal olunur ki, Putin əsas olaraq bu məsələlər üzərində dayanacaq, bundan sonrakı addımları haqda anonslar edəcək.
Qərbdən də artıq reaksiyalar var. Bildirilir ki, referendum qərarını pisləyən Fransa prezidenti Putinlə danışmaq istəyib, amma Kremldən "yox" cavabı alıb.
Musavat.com