Ermənistan ABŞ-ı seçir? – Rusiyanı hədəfə alan çıxış...


Ermənistan rəhbərliyinin ABŞ-dakı "desantı" ötən həftə Vaşinqtonda BMT Baş Assambleyasında iştirak adı altında baş tutub. Maraqlıdır ki, təkcə baş nazir deyil, XİN başçısı, Təhlükəsizlik Şurasının sədri, habelə Qarabağ separatçılarının liderlərindən David Babayan da ABŞ paytaxtına gəlib.

Rusiya əleyhinə ilk "yaylım atəşi" Paşinyanın BMT tribunasından çıxışı zamanı səslənib. O, faktiki olaraq Moskvanı satqınlıqda ittiham edib. O, Rusiyanın adını çəkmədən bildirib ki, "beynəlxalq tərəfdaş" faktiki olaraq Yerevanı Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlamağa vadar edib, sonradan isə Bakı "təcavüz" edib bu sərhədləri pozduqda, onu dəstəkləməyib. Bu mövzuda danışıqların Rusiyanın himayəsi altında və onun iştirakı ilə aparıldığını nəzərə alsaq, tənqidin kimə ünvanlandığını təxmin etmək çətin deyil.

Eyni zamanda, Paşinyan "beynəlxalq tərəfdaşı" Ermənistana müasir silahlar verməməkdə və digər ölkələrdən belə silahlar almasının qarşısını almaqda ittiham edib. Burada da Moskvanın nəzərdə tutulduğu aydındır.

BMT tribunasından bu qədər açıq etiraflar yalnız ilk addım idi. Bundan dərhal sonra Paşinyanın NATO baş katibi Stoltenberqlə görüşü keçirilib, görüşdə regiondakı vəziyyət və Azərbaycanla sərhəddə son qarşıdurmalar müzakirə olunub. Görüşdə həmçinin Ermənistanın XİN başçısı və Təhlükəsizlik Şurasının sədri iştirak edib.

Daha sonra Paşinyanın ABŞ baş katibi Entoni Blinkenlə görüşü keçirilib, burada da Azərbaycanın "təcavüzü" mövzusu müzakirə olunub.

Paşinyan Ermənistan sərhədlərinin təhlükəsizliyi mövzusunu İran prezidenti Rəisi ilə görüşdə də qaldırıb. O, Tehranın qonşusunun sərhədlərinin dəyişməsinə dözməyəcəyi haqqında məlum tezisini təkrar edib. 

Eyni zamanda, ABŞ konqresində "Qarabağın XİN başçısı" qəbul edilib. O, Vaşinqtonu Qarabağ ermənilərinin "ədalətli mübarizəsini" dəstəkləməyə çağırıb. Sentyabrın 25-də Babayanı Pelosinin müavini və Azərbaycanın kəskin tənqidçisi Adam Şif qəbul edib.

Beləliklə, Paşinyan və onun komandası BMT Baş Assambleyasında iştirak adı altında Qərb nümayəndələri ilə fəal danışıqlar aparıb. Göründüyü qədər, hansısa razılaşmalar əldə edilib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Vaşinqtonda qaldığı və "sentyabrın 26-dan etibarən bir sıra işgüzar görüşlər keçirəcəyi" haqqında məlumat bunun dolayı dəlilidir.

Qeyd edək ki, əvvəl Paşinyanın Baş Assambleyaya getməsi planlaşdırılmırdı, buna qədər isə Ermənistan baş naziri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməyib. Sammitdə Putin və Əliyevlə görüş keçirilməli idi.

Oktyabrın 6-da Paşinyan Avropa Siyasi Birliyinin iclasında iştirak edəcək. Bu, Fransa prezidenti Makronun təşəbbüsü ilə yaradılmış Rusiyanın əleyhinə yönəlmiş birlikdir.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti