25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Prezident Əliyev Rusiya prezidentinin iştirakı ilə MDB dövlət başçılarının bir masa arxasında əyləşdiyi görüşdə Nikol Paşinyan və Emmanuel Makron barəsində çox vacib ismarıclar verdi. Onların bir şəkildə Azərbaycana, bölgəyə qarşı təxribat hazırladıqlarını qeyd etdi”.
Bu sözləri açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
O vurğulayıb ki, Ermənistan və Fransanın atdığı sinxron addımlar sülh prosesinə kölgə salır:
“Əksinə, onların məqsədi bölgəni yeni geosiyasi bazaya çevirməkdir. Bu kontekstdə dövlət başçısının üçtərəfli bəyanata toxunması və bəyanatın Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək maneəsiz nəqliyyat hərəkəti ilə bağlı məsələnin hələ də həll edilməməsi və Qarabağın dağlıq hissəsində erməni hərbi birləşmələrinin qalması və "bunun bir həddi var” kimi qeydləri, əlbəttə, Ermənistana ciddi xəbərdarlıq kimi başa düşülməlidir”.
Z. Məmmədov xatırladıb ki, 2018-ci ildə Nikol Paşinyana "məxməri inqilab"la hakimiyyətə gələndən sonra da xəbərdarlıq edilmişdi:
“Həmin dövrdə də Paşinyanın müəyyən addımları, habelə onun Qərblə Rusiya arasında apardığı oyunbazlıq hansı nətiəclərə gətirib çıxardığını bilirik. İndi də Ermənistan çox ciddi və çox həssas proseslərin qabardılması ilə məşğuldur ki, bölgəni yeni Liviya və yeni Suriyaya çevirmək böyük bir fəlakətlə nəticələnə bilər”.
“Əgər Ermənistan hər hansı bir bir cinahı tutmaq istəyirsə, buna tədricən, instusionallaşaraq getməlidir. Lakin hərbi və siyasi yolla atılacaq addımlar, bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir edəcək. Ermənistan müxalifəti, habelə Ermənistanın arxasında olan qüvvələr Prezident Əliyevin çıxışına diqqətlə qulaq assınlar. Başa düşsünlər ki, Azərbaycan ordusu istənilən məqsədin həyata keçirilməsilə məşğul ola bilər. Hələ ki səbr nümayiş etdiririk, amma qanunsuz erməni hərbi birləşmələri təcili surətdə Qarabağın dağlıq hissəsindən çıxarılmalıdır. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidi”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.
yenisabah.az