Sülh müqaviləsi üçün hər şeyi edəcəyik - Paşinyan


Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının bu ilin sonuna qədər baş tutması üçün hər şeyi edəcək.

Sozcu.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İstəyirəm ki, sülh müqaviləsi ilin sonuna kimi imzalansın. Bu, nə qədər realistdir? Belə cavab verəcəm: Mən və hökumət bunun reallaşması üçün hər cür səy göstərəcəyik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ümid edir ki, sülh müqaviləsi imzalanana qədər Azərbaycanla sərhədin delimitasiyası üzrə işlər yekunlaşacaq.

Axar.az



Oxşar Xəbərlər

Xəbər lenti