“Qarabağ artıq Ermənistanın nəzarətində deyil" - Paşinyan


Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.

O bildirib ki, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb:

“Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”.

N.Paşinyan qeyd edib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib:

“Bizim üçün Qarabağı danışıqlar prosesinə tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”.

Ermənistanın baş naziri öz silahdaşlarını cəsarətli olmağa çağırıb. O etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya və baxışa ehtiyacı var.

bizim.media



Oxşar Xəbərlər

Xəbər lenti