25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bu təlimlər plan üzrə keçirilir. Amma budəfəki təlimlərin bir xüsusiyyəti ondan ibarətdir ki, xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırılıb və xüsusi seçilmiş yerə ezam edilib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
O, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) İranla sərhəddə keçirdiyi təlimlərə münasibət bildirib:
“Bəli, kim necə istəyir, o cür də qəbul eləsin. Bu, mesaj da ola bilər, planlı döyüş təlimləri də. İndi baxır molla başının necə işləməsinə. Məsələn, Türkiyənin müdafiə naziri Hulusi Akar İranla sərhəd zonasında olub. Həmin ərazidə də “mehmetçik” bölmələrinin təlimi keçiriləcək, özü də İranla sərhədin lap yaxınlığında”.
Müsahibimiz iddia edib ki, Azərbaycan xüsusi təyinatlılarının keçirdiyi təlimə bir azdan Türkiyənin xüsusi təyinatlıları da qoşulacaq:
“Daha sonra isə xüsusi təyinatlıların təliminə Azərbaycanın hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri qatılacaq. Ola bilsin ki, təlimin müəyyən hissəsində quru qoşunlarının hissələri, xüsusilə tank qoşunları da dövrəyə daxil edilsin. Yəni kompleks xarakterli, iki qardaş dövlətin hərbi qüvvələrinin iştirak etdiyi ciddi hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub”.