25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Ermənistan – Azərbaycan münaqişəsinə son qoyulması iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqlarına başlamağa şərait yaradıb”.
Sozcu.info xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
“Biz Ermənistan Respublikasını danışıqlar prosesində sülh prosesini poza biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Biz əminik ki, Ermənistan tərəfindən məsuliyyətli münasibət göstərilərsə, iki dövlət arasında sülh müqaviləsi qısa müddətdə imzalana bilər”, - deyə sədr qeyd edib.
O, eyni zamanda bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur öz yeni dövrünü – bərpa və quruculuq dövrünü yaşayır: “Vandalların viran qoyduğu yaşayış məntəqələri bərpa olunur, infrastruktur yenidən qurulur. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır”. (qafqazinfo)