Liderlər Brüsselə hansı baqajla gedəcək? - “Onlar sülh müqaviləsini əldə etməyə sadiq görünürlər”


Hesab edirəm ki, Baş nazir Paşinyan və Prezident Əliyev həm sərhədin delimitasiyası sazişini, həm də sülh müqaviləsini əldə etməyə sadiq görünürlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri – Mqer Qriqoryan və Şahin Mustafayevin iştirakı ilə keçirilən sərhəd komissiyalarının növbəti iclasının yekunları barədə fikirlərini bölüşüb:

“Düzünü desəm, sərhəd komissiyasının iclasından xəbərim yox idi və nəticənin nə olacağı barəsində bir şey deyə bilmərəm. Ona görə də liderlərin görüşündən əvvəl delimitasiyanın yekunlaşa bilib-bilməyəcəyi barədə heç bir fikrim yoxdur”.

“Amma aydındır ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Avropa İttifaqının əsas vasitəçilik rolunu oynaması ilə, Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili siyasi opponentlərinə baxmayaraq, irəliləyir. Həqiqətən də, Baş nazir Paşinyan və Azərbaycan Prezidenti Əliyev həm sərhədin delimitasiyası sazişini, həm də sülh müqaviləsini əldə etməyə sadiq görünürlər”, – deyə eks-səfir fikirlərini tamamlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti