26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.
Sozcu.info olke.az-a istinadən xəbər verir ki, iki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.
Görüş zamanı dövlət başçılarının avtomobil, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.