Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Tez-tez mövqe dəyişən Ermənistandan yanıltmac kimi açıqlama
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüşün baş tutmayacağı barəsindəki açıqlamasından sonra açıqlama verib.
Ermənistan XİN bildirib ki, erməni tərəfi bundan əvvəl Praqada olduğu kimi dördtərəfli formatda görüşün keçirilməsini məntiqli hesab edir.
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib: “Ermənistan Respublikası dekarın 7-də Praqada əldə edilmiş razılaşmaya və formata uyğun şəkildə görüşə hazırdır”.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcəyini bildirib: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Hürr Tərcüman