“Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir” - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

Sozcu.info xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsinin müzakirə olunduğu bildirilir.

Məlumata görə, müzakirələr qızğın keçsə də, Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib.

Paşinyan qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.

Bununla yanaşı, o, Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti