Azərbaycan XİN naziri Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb


Zəngəzur dəhlizi bütün region ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edəcək". Bu fikirləri Azərbaycan XİN naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
Görüşdə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən işlər, yaşıl enerji resurslarının inkişafına dair ötən ilin iyul ayında ölkə ilə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumu, habelə regionda əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji kabeli haqda ətraflı məlumat verilib.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti