Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".
Sozcu.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.
"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb. (qaynarinfo)