Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Paşinyan iqtidarı tərəfindən yürüdülən “Ermənistanın ordusu yox idi” əməliyyatı çərçivəsində daha bir hədəf kimi general Qriqori Xaçaturov seçilib”.
Sozcu.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.
“İqtidar partiyası - Baş Prokurorluq paslaşması tam nəticə vermədi. Lakin rəsmilər işi “tikmək” üçün başqa mövzu hazırlayırlar. Parlamentin Seyran Ohanyanın işi ilə bağlı məlum iclasından sonra mən artıq dedim ki, növbəti hədəf Xaçaturovlar ailəsidir. Həm Qriqori, həm də Yuri (Ermənistan ordusunun keçmiş baş qərargah rəisi - red.) Xaçaturovlar 2018-ci ilin məlum hadisələrindən sonra silahlı qüvvələrin məhv edilməsi ilə bağlı aydın vətəndaş mövqeyindən çıxış etdilər. Hakimiyyət, təbii ki, bunu uda bilmədi və onlara xas olan əxlaqsız yolla getdi. Mən bir şeyi dəqiq bilirəm: Qriqori Xaçaturovun davranışı şüurludur, bunun nəyə gətirib çıxara biləcəyini dəqiq bilirdi”, - deyə Abramyan qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu 3-cü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturovun həbsi ilə bağlı bu gün vəsatət qaldırıb.
Musavat.com