Paşinyandan SON DƏQİQƏ sülh sazişi açıqlaması


“İrəvan sülh sazişi layihəsi ilə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti ilə bağlı Bakıya verdiyi təklifə cavab gözləyir”.

Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deyib. O, sülh sazişinin mətni ilə bağlı təklifin fevralda Azərbaycan tərəfinə verildiyini və bu günə qədər cavab alınmadığını vurğulayıb. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsi səbəbi ilə bunu normal saydığını deyib.

“Razılaşma üzərində iş davam edir və bu iş şəxsi görüşlərdən ayrı şəkildə aparılır”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, lazım olan sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlar lazım deyil. Paşinyan qeyd edib ki, yaxınlarda İrəvan delimitasiya üzrə işçi qrupun işinin reqlamenti layihəsini təqdim edib və cavab gözləyir.

“Regional kommunikasiyaların açılması və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təklif qüvvədə qalır”, - baş nazir əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti