Azərbaycan 30 illik əməkaşlıq dövründə BMT-nin məsuliyyətli üzvü kimi etimad və nüfuz qazanmışdır

Azərbaycanın sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunu uğurla davam etdirməsi, müstəqil xarici siyasət yürütməsi, heç bir ölkənin daxili işlərinə qarışmaması, cəmiyyətin  daha da demokratikləşdirilməsi üçün  köklü islahatlar aparması  müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırır. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının və böyük dövlətlərinin müasir Azərbaycan həqiqətlərini yüksək qiymətləndirməsinin əsas səbəbləri dəhz bu prinsiplərdir.
Azərbaycan Respublikasının üzv olduğu  Qoşulmama Hərəkatı qarşlıqlı əlaqələrin və beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan bir platformadır. Qoşulmama Hərəkatının əsas amalı və məqsədi beynəlxalq hüququn prinsip və normaları əsasında  dünyada təhlükəsizliyin, sülhün qorunmasına və  inkişafa xidmət etməkdir. Hərəkat mühüm problemlərin həlli baxımından  bu gün xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan hazırda bir sıra beynəlxalq miqyaslı qurumlarda sadəcə olaraq üzv dövlət kimi təmsil olunmur, həmçinin mühüm qərarların qəbul edilməsində və icra olunmasında yaxından iştirak edir. Dünyanın 120  ölkəsi  arasında  səmərəli  əməkdalıq  əlaqələrinin qurulmasında  və inkişaf etdirilməsində  mühüm siyasi addım olan Qoşulmama Hərəkatına sədrliyi  2012-ciildən etibarən 3 il müddətinə  həyata keçirməyə  başlamışdır.  Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası  dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin  bir çoxunun  özünə təcrid olunduğu dövrdə də Bakı dünya səviyyəli liderlik missiyasını öz üzərinə götürmüş, problemlərin  həlli  üçün beynəlxalq əməkdaşlığı və həmrəyliyi  təbliğ edən dövlətlətdən biri olmuşdur. 
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə  çoxsaylı təşəbbüslərindən biri də Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması olmuşdur. Hərəkata üzv dövlətlər tərəfindən  dəstəklənən bu təşəbbüs Azərbaycan dövləti tərəindən reallaşmışdır. Dövlətimiz beynəlxalq sülhyaratma  missiyasında da hər zaman öz fəallığı, liderliyi ilə seçilir. 
Ulu öndər  Heydər Əliyevin BMT ilə yaratdığı və qurduğu münasibətləlayiqli davamçısı  cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla inkişaf və davam etdirilir.

Yunis Əsgərli

Suraxanı RİHB-nın yanında Əmircan QİƏD üzrə nümayəndəsinin müaviniin

Sozcu.ınfo



Oxşar Xəbərlər

Xəbər lenti