Türkiyədəki seçkilərdə gözəgörünməz mürəkkəb istifadə olunmayacaq - RƏSMİ


Türkiyədəki seçkilərdə seçicilərin barmaqlarının işarələnməsi məsələsinə aydınlıq gətirilib. 

Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. 

Bildirilib ki, qarşıdakı seçkilərdə gözəgörünməz mürəkkəbdən istifadə olunmayacaq. 

Qeyd edək ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir. Bu gün seçkilərin dəqiq tarixi ilə bağlı rəsmi qərar veriləcək. (yenisabah)



Oxşar Xəbərlər

Xəbər lenti