27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
BMT iki yüzdən artıq dünya dövlətini birləşdirir. Amma bu dövlətlər hüquqi cəhətdən bərabər olsalar da dünyasiyasətini yönəltməkdə fərqli çəkiyə malikdir. Bu cəhətdən Almaniya dünya siyasətində xüsusi çəkisi olan dövlətlərdəndir. Elə buna görə də Prezident İlham Əliyevin bu ölkəyə səfəri də xüsusilə əhəmiyyətlidir. Onun apardığı danışıqlarda, keçirdiyi görüşlərdə iqtisadi məsələlərin siyasi məsələləri üstələməsi dərhal diqqəti çəkir və bizi çox sevindirir. Ona görə sevindirir ki, Prezidentimizin özünündə dediyi kimi artıq ən böyük problemimiz-Qarabağ məsələsi arxada qalmışdır. İndi bizim başlıca qayğımız iqtisadiyyatımızı surətlə inkişaf etdirmək və insanların həyat səviyyəsini qaldırmaqdır.
Son iyirmi ildə iqtisadi gücü üç dəfədən çox artan Azərbaycan daha xammal ixracatçısı kimi qalmaq fikrində deyil. Prezidentimizin apardığı danışıqlarda, keçirdiyi görüşlərdə aydınca deyilir ki, o, dünyada gedən prosesləri diqqətlə izləyir, bunlardan maksimum yararlanmağa çalışır. Məsələn, götürək. Bu müharibə fonunda ölkəmizin Avropanın qaz təminatında rolu daha da artmışdır. Azərbaycan tranzit ölkə kimi əhəmiyyəti 75 faizdən çox yüksəlmişdir. Təbii ki, biz bunları nəzərə alır və yeni inkişaf yolları axtarırıq.Prezident ölkəsinin qarşısında duran məsələlərdən, hədəflərindən də geniş şəkildə bəhs edib. O, böyük qaydışa artıq start verildiyini Almaniyanın həm siyasi, həm də iqtisadi nümayəndələrinin diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, otuz ildən artıq işğal altında qalmış rayonlarımızda aparılan abadlıq, tikinti işlərində dünya, o sıradan Almaniya şirkətlərləri böyük rol oynaya bilər və oynamaqdadır. Almaniya şirkətləri bu işdə özləri maraqlıdırlar. Ona görə ki, hər kəs Azərbaycanın dayanıqlı etibarlı bir tərəfdar olduğunu yaxşı bilir.Bütün bunlara görə əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri ölkəmizdə həyatın irəliyə doğru uğurlu addımı kimi yadda qalacaq.Kəmalə Məmmədova
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info