Dünyada İLK DƏFƏ! İlham Əliyevin də əldə edəcəyi avtomobillə bağlı MARAQLI DETAL İlham Əliyevin də əldə edəcəyi avtomobillə bağlı MARAQLI DETAL


Türkiyənin Avtomobil Təşəbbüs Qrupu ilk yerli və milli avtomobil olan "Togg"u Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verəcək. Çatdırılmadan əvvəl hazırlıqlar davam edərkən, Togg CEO-su Gürcan Karakaş da Toggun dünyada yeni bir çığır açdığını söylədi.

Sozcu.info xəbər verir ki, "Togg"un CEO-su Gürcan Karakaş milli avtomobilin dünyada yeni bir çığır açdığını söyləyib.

80 faizi mobil tətbiq vasitəsilə satılan "Togg" 177 min nəfər tərəfindən sifariş edilib.

Gürcan Karakaş CNN Türk-də sənaye və texnologiya naziri Mustafa Varank ilə qısa söhbət edib. Karakaş bildirib ki, Türkiyənin ilk yerli və milli avtomobilinin 80 faizdən çoxu onlayn qaydada, mobil tətbiq vasitəsilə satılıb və bu, dünyada bir ilkdir.

togg-dunya-mansetlerinde-rusyada.jpg (428 KB)

Mövzu ilə bağlı Sənaye və Texnologiya Naziri Mustafa Varank deyib ki, avtomobillərin satışı ilə bağlı dünyada böyük həyəcan var: "Bir az əvvəl bir dostumuzla danışdıq. Həqiqətən, Türkiyənin avtomobili həyəcan yaradan bir layihədir".

Nazir "Togg"un yüksək tələb gördüyünü və əvvəlcədən edilən sifarişlərin 177 min olduğunu xüsusilə vurğulayıb.

Qeyd edək ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Ərdoğan bildirmişdi ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy keçdi. Əliyev ikincini mənə verin dedi".

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti