Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Tacikistan və Azərbaycan arasındakı qardaşlıq münasibətləri 1990-cı ildə başlamışdır. 2023-cü il aprelin 5-dəAzərbaycan respublikası prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. İlham Əliyevin Düşənbə şəhərində rəsmi qarşılanma mərasimi olub.Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə İsmailli Somani abidəsini ziyarət edib. İlham Əliyev abidənin önünəəklil qoyub. İlham Əliyevin Tacikistan prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.Tacikistan prezidenti bildirib:
-Xalqlarımız arasındakı qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var.Sevindirici haldır ki,bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir.Biz bu münasibətlərin bütün formalarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.Azərbaycan respublikasının prezidenti İlham Əliyev görüş zamanı qeyd edib:-Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasindakı münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var.Biz həm beynəlxalq məkanlarda,beynəlxalq strukturlar çərçivəsində və əlbəttə,ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik.Əməkdaşlığın,o cümlədən ticari-iqtisadi,sənaye kooperasiyası, nəqliyyat sahələrindədərinləşməsi üçün çox yaxşı perspektivlər var Əlbəttə,biz bunu ətraflı müzakirə edəcəyik.Əminəm ki,səfərin nəticələri uğurlu olacaq.Azərbaycan prezidenti İlham Əliyevin Tacikistan prezidenti Emoməli Rəhmon ilə görüşü başa çatdıqdan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olub.“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”;“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iləTacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”;“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər vəterrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”;“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti iləTacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”;“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iləTacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsindəəməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”;“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi iləTacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”;“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi iləTacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi iləTacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrəDövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”;“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”;“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”.6 aprel İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb.Azərbaycanın strateji tərəfdaşı olan Tacikistan iləmünasibətlərin möhkəmləndirib, daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.Əminəm ki bu səfər nəticəsində münasibətlər daha da dərinləşəcək.Mətanət SeyfullayevaSuraxanı rayonu 146 nömrəli məktəbin ibtidai sinif müəllimi
Sozcu.info