Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
2018-ci ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkiləri keçirilməli idi. Lakin yaranmış beynəlxalq vəziyyət, uzun illər işğal altında qalan torpaqlarımızın tezliklə işğaldan azad edilməsi vacibliyi, islahatların daha səmərəli aparılması və ölkədəki reallıq bəzi məsələlərə daha çevik diqqət yetirilməsi labüdlüyü prezident seçkilərini vaxtından əvvəl keçirilməsi məsələsini tələb edirdi. Buna görə fevralın 5-də növbədənkənar prezident seçkiləri İlham Əliyevin sərəncamına əsasən 2018-ci il aprelin 11-də keçirilməsi qərara alındı. Bu Azərbaycan tarixində ilk növbədənkənar prezident seçkiləri olmuşdur.
Prezidentliyə 8 nəfərin namizədliyi qeydiyyata alınmışdır. Seçkidən sonra rəsmi məlumatlara əsasən 74.3% səsvermə hüququna malik vətəndaşlar iştirak etmişlər. Cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin 86.02% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalq bu çətin zamanda dövləti və dövlətçiliyi qoruyub saxlamaq kimi çətin və şərəfli vəzifəni, bu dəfə də ona etibar etmişdir. İstər seçkiqabağı keçirilmiş rəy sorğuları, istərsə seçkilər günü "exit-pollar" seçkilərin nəticələri ilə eynilik təşkil edirdi. Seçkilərin nəticələrinin legitimliyi beynəlxalq təşkilatlar tərəfindən də tanınmışdır. Son dövrlərdə əldə olunmuş iqtisadi inkişaf daha yeni islahatların aparılmasını tələb edirdi. Bu sahədə İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı Cənubi Qafqazın ən güclü və inkişaf etmiş dövləti etmişdi. Düşünülmüş uğurlu neft - qaz strategiyası Azərbaycanı beynəlxalq aləmdə enerji daşıyıcılarını aparıcı iştirakçılarından birinə çevirmişdir. Hələ əvvəlki illərdə işlənib hazırlanmış Bakı - Tbilisi - Ceyhan, neft kəməri, çox sonralar bəzi qüvvələr tərəfindən səmərəsiz hesab edilən TANAP və TAP layihələri, Bakı - Tbilisi - Qars dəmir yolu xətti müasir dövrdə nə qədər vacib olduqları sübuta yetirilmişdir.
Siyasi sahədə də İlham Əliyevin uğurları öz əksini tapmışdır. Buna misal olaraq onun Beynəlxalq təşkilatlarda aktiv fəaliyyəti, Qoşulmama hərakatının ard-arda iki dəfə sədri seçilməsi, bütün dünyanı ağır sınağa çəkən “Covid 19” virusunun yayılmasına qarşı mübarizədə vaksinlərin ədalətli bölünməsi məsələsini BMT-də qaldırmasına Beynəlxalq Konfransın çağırılmasına nail olmuşdur.
İllərdir Azərbaycan torpaqlarının 20%-nin erməni işğalçıları tərəfindən zəbt olunması Azərbaycanı hər sahədə güclü olmağa məcbur edirdi. Cənab Prezident İlham Əliyev bu məsələni hər zaman ön məsələ kimi diqqətdə saxlayaraq vaxtaşırı beynəlxalq tribunalarda qaldırmışdır. Azərbaycan sülhsevər dövlət olduğunu dəfələrlə sübut edərək Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin dözümlüyümüz sonsuz deyildir. Prezident bunun üçün güclü və ən müasir silahlarla silahlanmış ordu quruculuğunu da daim diqqətdə saxlayırdı. 2016-cı ilin aprel döyüşləri və nəticələri bu sahədə də doğru yolda olduğumuzu və işlərin düzgün qurulduğunu bir daha sübut etmişdir.
2020 ilin payızında Dəmir yumruq adı altında aparılan 44 günlük Vətən Müharibəsi və əldə olunan şərəfli qələbə Azərbaycan tarixinə igidlərimizin qanı ilə yazılmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev adını qızıl hərflərlə Azərbaycan tarixinə Qalib sərkədələr sırasına yazdırmışdır.
Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması üçün lazımi proqramlar işləyib hazırlamışdır. Pandemiya dövründə ehtiyacı olanlara yardımların göstərilməsi, güzəştlərin edilməsi dövlətin hər zaman vətəndaşların yanında olduğunu göstərmişdir.
Digər sahələr kimi təhsil, idman, kənd təsərrüfatı da əsas prioritet məsələlərdən olması nəzərdən qaçmamışdır. Xarici ölkələrdə təhsil alıb yüksək mövqelərdə nailiyyətlər qazanan gənclərimiz, idmançılarımızın beynəlxalq yarışlarda uğurları buna sübutdur.
Elçin Həsənov
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info