Azərbaycan və Qazaxıstan arasında Ali Dövlətlərarası şura yaradıldı

10 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasına səfər edib. Ölkəmizin başçısınıAstanadakı “Akorda” Prezident Sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Daha sonra kiçik və geniş tərkibdə danışıqlar aparılıb. Səfərlərin nəticəsi olaraq Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər yüksək inkişaf xətti ilə hərtərəfli xarakter kəsb edib. Hər iki ölkələrin qarşılıqlı münasibətlərin nəticəsində həm siyasi, həm ticari-iqtisadi, həm də mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlərin imzalanması xalqlarımız üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda bütün bu razılaşmalar hər iki respublika tərəfindən ardıcıl olaraq həyata keçirilir və icra olunur.
Ümummilli lider Heydər Əliyevin də hər iki ölkə münasibətlərinin inkişafında xüsusi rolu olub. Məhz buna görə Qazaxıstanın mərkəzi küçələrinin birinə Ulu öndər Heydər Əliyevin adının verilməsi, daha sonra sənədli filmin hazırlanması Dahi şəxsiyyətə və Azərbaycan xalqına Qazaxıstan hökumətinin münasibətini bildirir. Ölkələr bir-birinə səmimi və qardaşlıq münasibəti bəsləyirlər. Görüş çərçivəsində media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memoramdumu” və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” sənədlər imzalanıb. Bundan sonra mətbuata birgə bəyanatlarla çıxış edən Prezidentlər Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Natiq Həsənov

Bülbülə bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti